""Taxıl sazişi" dayandırıldı" - Kreml

  ""Taxıl sazişi" dayandırıldı" -
“Qara dəniz sazişləri bu gün faktiki olaraq qüvvəsini itirib, Rusiyaya aid sazişlərin taxıl sövdələşməsinə dair hissəsi yerinə yetirilməyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Əslində, Qara dəniz sazişləri bu gün öz qüvvəsini itirdi. Rusiya Federasiyası prezidentinin bir qədər əvvəl dediyi kimi, son müddət iyulun 17-dir. Təəssüf ki, bu Qara dəniz müqaviləsində Rusiyaya aid olan hissə indiyədək yerinə yetirilməyib. Ona görə də, onun təsiri dayandırılır”, - Peskov bildirib.
Kreml sözçüsü vurğulayıb ki, taxıl sazişi dayanıb:
“Rusiyaya aid olan hissə yerinə yetirilən kimi Rusiya tərəfi dərhal bu sazişin icrasına qayıdacaq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
207 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...