"Makronun "Uber" ilə gizli razılaşması olub"

"Makronun "Uber" ilə gizli razılaşması olub"
2022-ci ilin iyulunda ifşa olunmuş "Uber" fayllarını araşdıran parlament komissiyası Fransa Prezidenti Emmanuel Makronun iqtisadiyyat naziri olduğu müddətdə Amerika şirkəti ilə gizli sövdələşmə apardığı qənaətinə gəlib.
Yeniavaz.com "Radio France"a istinadən xəbər verir ki, istintaq "Uber"in sənədlərinin Britaniyanın "The Guardian" qəzetinə sızdırılması ilə başlayıb.
İstintaq belə nəticəyə gəlib ki, 2014-2017-ci illər arasında "Uber" və Makron arasında gizli sövdələşmə olub və gələcək prezident şirkətə öz maraqlarını inkişaf etdirməyə, Fransada müxtəlif problemləri həll etməyə və sadələşdirilmiş sxem üzrə lisenziya almağa kömək edib.
Nəşr qeyd edir ki, bu yaxın əlaqələr onun prezident seçildikdən sonra da davam edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...