Aİ Ukrayna üçün 20 milyard avroluq fond yaradır

Aİ Ukrayna üçün 20 milyard avroluq fond yaradır

Avropa İttifaqı Ukraynaya qarşıdakı 4 il ərzində silah təchizatı və hərbçilərin təlimi daxil olmaqla 20 milyard avro məbləğində hərbi dəstək planı hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə axşamı "Politico" nəşri öz diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Bu məbləğ ildə 5 milyard avroya bərabər olacaq ki, bu da təxminən Kiyevin 2022-ci ildə Aİ-dən aldığı və bu il alacağı ehtimal edilən hərbi yardımın məbləğinə bərabərdir.

"Politico” qeyd edir ki, silah tədarükünü nəzərdə tutuan bu cür vəsaitlər bütün tarixi boyu sülh layihəsi kimi mövqe tutan Avropa İttifaqının özünü dərk etməsi üçün "tektonik dəyişiklikdir”.

Nəşrin məlumatına görə, Avropa İttifaqı Ukrayna silahlı qüvvələrinin təchizatını dəstəkləmək üçün trast fondunun yaradılmasını təklif edəcək.
Bu yardım planı Avropa Komissiyasının 4 il müddətinə təklif etdiyi 50 milyard avroluq büdcə yardım paketini tamamlamaqdan ibarətdir və Avropa Komissiyası artıq Aİ ölkələrini icma büdcəsinə əlavə töhfələr verməyə çağırıb.

Qəzetin yazdığına görə, Aİ xarici işlər nazirləri iyulun 20-də keçiriləcək görüş zamanı planı müzakirə edəcəklər. Diplomatların sözlərinə görə, payıza qədər təklifin təsdiqlənməsi planlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...