"Mən Azərbaycan Prezidentinə minnətdaram" - Zelenski

"Mən Azərbaycan Prezidentinə minnətdaram" -
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna lideri tvitterdə paylaşım edib.
"Mən Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın ehtiyacı olan enerji avadanlıqlarının alınmasına yardımın ayrılması qərarına görə minnətdaram. Dost Azərbaycanın bu dəstəyi təcavüzkarın ardıcıl hücumları qarşısında Ukrayna enerji kompleksinin davamlılığını təmin etmək üçün vacibdir. Biz Ukraynanın enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik", - Zelenski bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...