Qaxda meşədə bir nəfər itkin düşüb

Qaxda meşədə bir nəfər itkin düşüb
Qax rayonunun İlisu kənd sakini, 1992-ci il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun iyulun 23-də təxminən saat 20 radələrində dağlıq-meşəlik ərazidə naməlum istiqamətdə gedərək itkin düşməsi barədə yaxınları tərəfindən polisə müraciət edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayon polis şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları axtarışlara cəlb olunub. Onun tapılması istiqamətində tədbirlər keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
409 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...