Bakıdakı bu poliklinika sökülür (SƏBƏB)

Bakıdakı bu poliklinika sökülür

Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən 27 saylı poliklinika sökülür.

Qaynarinfo xəbər verir ki, poliklinikanın yerində Ailə Sağlamlıq Mərkəzi tikiləcək. Artıq Səhiyyə Nazirliyi Mərkəzin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Tender cari ayın sonunadək davam edəcək.

27 saylı poliklinika ötən ildən fəaliyyət göstərmir. Həmin vaxt yayılan məlumatlarda poliklinikanın təmir olunacağını bildirilirdi. Poliklinikanın ərazisinin satıldığı barədə də iddialar səsləndirilirdi.

Bakıdakı bu poliklinika sökülür
Bakıdakı bu poliklinika sökülür



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...