Pənah Hüseyn: “Nemət Pənahlıya yumruq vurmuşam”

Pənah Hüseyn: “Nemət Pənahlıya yumruq vurmuşam”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı arasında Müsavat TV-nin canlı efirində keçirilən debatda gərginlik yaşanıb.

GUNDEMINFO.AZ Pravda-ya istinadla xəbər verir ki, N.Pənahlı vaxtilə Pənah Hüseynin onun qolunu qırdığını iddia etsə də, P.Hüseyn bunun tamamilə yalan olduğunu deyib.

O, Nemət Pənahlını necə vurduğundan danışıb:

“Mirmahmud Mirəlioğlunun Səhiyyə Nazirliyinin köhnə binasının qarşısında ofisi var idi. İçəridə 15-20 nəfər adam olub. Mən söz demişəm, Nemət də cavabını qaytarıb. Mən də ona yumruq vurmuşam. Təsadüfən çəkilən şəkli məndə var. Montaj deyil, araşdıra bilərlər. Nemət Pənahlı ondan danışır. Necə yəni qolunu qırmaq?!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
302 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...