Ruslar Xersonu bombaladı – 8 nəfər öldü

Ruslar Xersonu bombaladı –
Rus ordusu Xerson vilayətini növbəti dəfə atəşə tutub.
Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, bu barədə Prezident Aparatının rəhbəri Andriy Yermak bildirib.
"Ruslar Stanislav kəndini MLRS ilə vurub. Nəticədə iki nəfər ölüb, bir nəfər də yaralanıb", - Yermak bildirib.
Onun sözlərinə görə, beş fərdi yaşayış evi də dağılıb və zərər görüb.
Qeyd olunur ki, rusların daha bir neçə yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində biri körpə olmaqla 6 nəfər həlak olub.
Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, ruslar səhər saatlarından bölgədəki dinc yaşayış məntəqələrini atəşə tuturlar:
“Xüsusən də düşmən yaşayış binalarını və mülki infrastrukturu hədəfə alır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...