Akif İslamzadə Prezidentin sərəncamından danışdı

Akif İslamzadə Prezidentin sərəncamından danışdı

"Əvvəl eşitdim, amma inanmadım. Dedim bəlkə səhv edirlər, sonra gördüm yox, jurnalistlər zəng edir, təbrik edirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış müğənni Akif İslamzadə Prezident İlham Əliyevin onu "Şöhrət” ordeni ilə təltif etməsi ilə bağlı sərəncamından danışarkən deyib.

Müğənni qeyd edib ki, onunla bağlı belə belə bir sərəncamın veriləcəyinə gözləmirmiş:

"Gözlənilməz oldu. Mənə indi məlumat veriblər, xəbərim yox idi. Sözsüz ki, sevindim. Belə xəbərə sevinərlər də”.

Qeyd edək ki, Prezident Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Akif İslamzadəni "Şöhrət” ordeni ilə təltif edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...