Daha bir nazirlikdə yoxlama aparılacaq

Daha bir nazirlikdə yoxlama aparılacaq


Naxçıvan Muxtar Respublikasının (NMR) Fövqəladə Hallar Nazirliyində (FHN) yoxlama aparılacaq.

Oxu.az-ın məlumatına görə, Hesablama Palatası tərəfindən nazirlik və strukturuna daxil olan qurumlarda kənar dövlət maliyyə nəzarəti tədbiri keçiriləcək.

Yoxlamalar 2023-cü il avqust ayının sonunda nəzərdə tutulub. Hesablama Palatasından məlumat təsdiqlənib.

Qeyd edək ki, hazırda NMR-in Səhiyyə Nazirliyində kənar dövlət maliyyə nəzarəti tədbiri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...