Tanınmış blogerin son vəziyyəti açıqlandı

Tanınmış blogerin son vəziyyəti açıqlandı
Bakıda ağır yol qəzasında xəsarət alan tanınmış bloger Nicat Şakirliyə zəruri tibbi xidmətlər göstərilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verrilib. Məlumata görə, 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Qəza nəticəsində 1 həkiməqədər ölüm qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...