"Qarabağda hərbi əməliyyatlar qaçılmaz olacaq" - Deputat

"Qarabağda hərbi əməliyyatlar qaçılmaz olacaq" -
"Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda görüşlər keçirildi, danışıqlar aparıldı. Sülh müqaviləsinin imzalanması üçün demək olar ki, bütün məsələlər razılaşdırılmışdı. Son mərhələyə yaxınlaşanda proses birdən-birə dayandı və Ermənistan təxribatlara əl atmağa, öz çirkin niyyətlərinə davam etməyə başladı”.

Bunu Bakupost.az -a millət vəkili Azər Badamov deyib.

O bildirib ki, ermənilər daim şərti sərhədimizdə təxribatlara əl atır, humanitar yardım adı altında avomobil karvanı şousuna və sülhməramlıların yerləşdiyi ərazilərimizdə yerləşən qeyri-qanuni hərbi birləşmələrin silahlandırılmasına davam edir:

“Hesab edirəm ki, bu gün tərəflər arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəb Paşinyan hakimiyyətinin siyasi manipulyasiyalara əl atmasıdır. Əslində sülh müqaviləsinin imzalanması üçün müzakirə olunmalı ciddi məsələlər qalmayıb. Bütün məsələlər müzakirə olunub. Əsas məsələ Paşinyanın ərazi bütövlüyümüzü tanıdığı haqda bəyanatını yazılı sənəddə imzası ilə təsdiqləməsi, sərhədlərin delimitasiya və demarkasiyasının başlanmasıdır. Bunun üçün Ermənistan hakimiyyətinin məsələyə obyektiv yanaşması və siyasi iradə nümayiş etdirməsi vacibdir. Əks halda yenidən hərbi əməliyyatların başlanması qaçılmaz olacaq"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...