Generalın müavini də işdən çıxarıldı - FOTO

Generalın müavini də işdən çıxarıldı -

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov vəzifəsindən azad edilib.

"Qaqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə polkovnik-leytenant Mircavad Seyidov təyin edilib.

Qeyd edik ki, bir neçə gün əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da vəzifəsindən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...