Hərbçilərin təlimlərə çağırılması ilə bağlı – Rəsmi açıqlama

  Hərbçilərin təlimlərə çağırılması ilə bağlı –
Son günlər sosial şəbəkələrdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimlərə çağırıldığı ilə bağlı məlumatlar paylaşılır.

GUNDEMİNFO.AZ xəbər verir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən “Qafqazinfo”ya açıqlama verilib.

Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının

Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər:

“Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...