Kremldən Priqojinin ölümü barədə - Açıqlama

Kremldən Priqojinin ölümü barədə -
“Kremlin “Vaqner”in təsisçisi Yevgeni Priqojinin də həlak olduğu təyyarə qəzası ilə əlaqəli olmasına dair iddialar tamamilə yalandır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.

“Hazırda bu hadisə və Yevgeni Priqojin də daxil olmaqla təyyarənin sərnişinlərinin faciəvi ölümü ilə bağlı çox sayda spekulyasiya var”, - deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Y.Priqojinin ölümünün təsdiq olunması üçün ekspertiza tələb olunur, lakin hələ ki rəsmi nəticələr yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
334 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...