Moskvaya növbəti PUA hücumu oldu

Moskvaya növbəti PUA hücumu oldu
Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan daha bir pilotsuz uçan aparatını (PUA) vurublar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında məlumat yayıb.
“Bu gecə saat 03.00 radələrində İstra rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan pilotsuz uçan aparatı məhv edib", - deyə Moskva meri deyib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, tələfat və dağıntı yoxdur.
Sobyanin əlavə edib ki, fövqəladə hallar xidmətinin əməkdaşları təcili hadisə yerinə cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...