Bakını 140 min insan tərk edəcək

Bakını 140 min insan tərk edəcək
Böyük qayıdış proqramı reallaşmağa başlayıb. Artıq Şərqi Zəngəzurda ilk məskunlaşma qeydə alınıb. Bu, ilin sonuna kimi davam edəcək. İlin sonuna kimi 2 min ailənin Qarabağ və Şərqi Zəngəzaurda məskunlaşması gözlənilir.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Bakı.vs-yə açıqlamasında millət vəkili Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş digər bölgələrimizə qayıdan şəxslər Bakıda yaşayan vətəndaşlardır:

"Bu vətəndaşların böyük bir qismi Bakı və Sumqayıtda qeydiyyatdadır. Sözsüz ki, həmin vətəndaşlarımızın ata-baba yurdlarına qayıtması Bakı sakinlərinin sayına təsir göstərəcək. Bakıda əhali sayında azalmalar olacaq və 2026-cı ilədək təxminən 140 min vətəndaş öz doğma torpaqlarına qayıdacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...