Bahalaşma davam edəcək - Vüqar Bayromun şərhi

Bahalaşma davam edəcək -
“Uzun müddətdir ki, davam edən Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına öz təsirini göstərir. Xüsusilə də, istehlak bazarında qiymətlərdə ciddi artımlar müşahidə edilir. Müharibə davam etdiyi müddətdə bu tendensiya davam edəcək”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Bakupost.az -a millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam etdikcə taxıl bazarındakı çətinliklər də aradan qalxmayacaq. Vəziyyət daha da çətinləşəcək:

"Anlaşmanın pozulması da buğdanın dünya bazarına çıxarılmasında çətinliklər yarada bilər. Bu mümkündür. Ona görə də müharibənin davam etməsi iqtisadi baxımdan həm dünya, həm də region üçün arzuolunan deyil”.

V.Bayramov qeyd edib ki, Azərbaycan gördüyü tədbirlər sayəsində müharibənin iqtisadiyyata təsirlərini minimumlaşdırmağa çalışır. Ölkədə ​ buğda idxalının artırılması da məhz bundan xəbər verir:

“Azərbaycanın istehlak bazarında tarazlıq qorunub saxlanılır. Ölkədə buğda idxalı artırılır. Lakin təbii olaraq idxal hər zaman təsirli deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...