"Bu il daha ciddi tıxacların şahidi olacağıq” - Ekspert
“Sentyabrın 15-i təkcə yeni tədris ilinin deyil, həm də şərti olaraq yeni tıxac mövsümünün də başlanğıcı sayıla bilər. Həmin tarixə cəmi 10 gün qalır. Çoxumuzu düşünüdürür ki, görəsən bu il necə olacaq? Abşeron aqlomerasiyasının küçə-yol şəbəkəsində mobilliyə təsir edən əsas amillərə nəzər yetirəndə mənzərə xeyli aydınlaşır”.
Bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakupost.az -a açıqlamasında deyib.
Onun sözlərinə görə, yollarda tıxac yaranmasını stimullaşdıran əsas amillərdən olan məskunlaşma ilə bağlı məsələ daha da qəlizləşib:
"Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb, rayonlardan paytaxta gələnlər azalmayıb, əksinə artıb. Xarici ölkələrdən Vətənə qayıdanların da sayı böyük ehtimalla artıb. Bunun qarşlığında yenə də əsas iş yerləri şəhərin daxilindədir. Periferiyalarda məktəb çatışmazlığı daha da qabarıq görünəcək. Deməli, şəhərə giriş yollarında hərəkət intensivliyi artacaq".
Ekspert bildirib ki, son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib, əksəriyyəti də Bakıya və Abşeron aqlomerasiyasına. Deməli, küçələrə çıxacaq avtomobillərin sayı da artıb.
Onun sözlərinə görə, Bakı Metropolitenində son bir ildə cəmi 1 stansiya – “Xocəsən” istifadəyə verilib:
"Onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. Qatarların hərəkət qrafiki və digər amillər də yerində qalır. Onsuz da maksimum istismar şərtlərindən istifadə olunur. Bakının və aqlomerasiyanın digər məntəqələrinin avtobus marşrutlarında isə geriləmə müşahidə edilir. Diqqət etsəniz, yollarda avtobusların azaldığını aydın şəkildə görə bilərsiniz. Bu, yəqin ki, avtobus parkının daha bir il köhnəlməsi, yeni avtobusların gətirilməməsi, mövcudların isə saz vəziyyətdə istismarının çətinlikləri ilə bağlıdır. Hər bir halda avtobus parkının vəziyyət
i, onun perspektivi indiki durumda kifayət qədər bərbaddır. Son bir ildə aqlomerasiyanın küçə-yol şəbəkəsində ciddi bir yenilik baş verməyib”.
Ərşad Hüseynov qeyd edib ki, sürüclər və digər hərəkət iştirakçıları da elə keçən il bu vaxtlar olduqları kimi qalırlar:
"Hətta ola bilsin, geriləmə də var. Çünki yol uğrunda amansız mübarizə aparan, başqalarına məhəl qoymayan, 200 metrlik məsafədə 5 dəfə zolaq dəyişən sürücülərin azalmasını müşahidə etmirik. Bu məsələlərdə cüzi də olsa, bircə müsbət şey görünməkdədir. Bəzi parklanma yerlərində ödənişlərin tətbiqi Bakının mərkəzi hissəsində parklanmaların idarə edilməsində tədricən irəliləyişə səbəb olmaqdadır. Parklanmaların düzgün təşkili, idarə edilməsi və zəruri nəzarət olsa, bəzi yerlərdə qanunsuz parklanmadan irəli gələn sıxlıq və tıxaclar azala bilər. Əsas amillərin siyahısını artırmaq da olar. Qeyd edilənlər o deməkdir ki, bu il də aqlomerasiyada əsas mobillik vasitələrimiz fərdi avtomobillər və taksilər olmaqda davam edəcək. Ona görə də bu il daha ciddi tıxaclara şahid olacağımız gözlənilir. Təəssüf ki, illərdir bu məsələlərə yetərincə diqqət ayrılmır. Bu il Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam oldu. Amma hələlik bu Şuradan xəbər yoxdur. Amma gecikirik, çox gecikmişik. Ölkədə mobillik məsələsinə yenidən baxılmasa, bu sahəyə dövlət tərəfindən ciddi yatırım edilməsə, yığılıb qalan məsələlərin həlli ilə ciddi məşğul olunmasa, hər növbəti il daha pis mənzərənin şahid olacağıq”.
287 dəfə oxundu