Bir gecədə İranın 26 dronu vuruldu

Bir gecədə İranın 26 dronu vuruldu
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Kİyev Şəhər Hərbi İdarəsinin başçısı Sergey Popko dünən gecə Rusiya ordusunun paytaxta İran istehsalı olan “ Şahid” dronları ilə hücum etdiyini bildirərək deyib: “HHM sistemlərimiz tərəfindən 20-dən artıq PUA məhv edilib”.

Popko vurulmuş dronların parçalarının şəhərin müxtəlif bölgələrinə düşməsi nəticəsində bir nəfərin yaralandığını, binaların, avtomobillərin, trolleybus elektrik xətlərinin, yolların zədələndiyini qeyd edib.

Ukrayna Hava Qüvvələrinin açıqlamasında Rusiyanın Kİyevə 33 dronla hücum elədiyi, onlardan 26-nın vurulduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...