Putin və Kim Çen In görüşdü

Putin və Kim Çen In görüşdü
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In görüşüb. Görüş Amur vilayətindəki Vostoçnı kosmodromunda baş tutub.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bundan sonra Putin və Kim Çen In arasında həm nümayəndə heyətlərinin iştirakı ilə, həm də təkbətək danışıqlar aparılacaq. Danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən ticari-iqtisadi əlaqələr və mədəni mübadilələr müzakirə olunacaq, həmçinin regiondakı vəziyyət və ümumilikdə beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Şimali Koreya lideri Rusiyaya Putinin dəvəti ilə sentyabrın 12-si səfər edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
245 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...