Nərimanov rayonundakı marketlərdə yoxlamalar aparıldı - FOTOLAR

Nərimanov rayonundakı marketlərdə yoxlamalar aparıldı -


Süni qiymət artımına qarşı nəzarət Nərimanov rayonunda da davam etdirilir. İcra hakimiyyətindən GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bu barədə deyilir. Məlumata əsasən manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə Nərimanov rayonunda da təxirə salınmaz tədbirlər həyata keçirilir.

15 yanvar 2016-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayonun digər rəhbər işçilərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə süni qiymət artımının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin verdiyi tapşırıqların icrasının təmin olunması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunmuş, bir sıra zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Bu məqsədlə Rayon İcra Hakimiyyətinin, Mənzil Kommunal İstismar Sahələrinin, Hüquq-Mühafizə orqanlarının, İctimai Şuranın, Rayon Ağsaqqallar Təşkilatının və digər ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə hər biri 10 nəfərdən ibarət olmaqla 15 işçi qrupları yaradılmış, rayon ərazisində fəaliyyət göstərən iri ticarət şəbəkələrində monitorinqlər keçirilmiş, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunmuş, aşkar olunmuş nöqsanlar barədə iradlar bildirilərək sahibkarların diqqətinə çatdırılıb.

Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdiriləcəkdir.


Nərimanov rayonundakı marketlərdə yoxlamalar aparıldı -
Nərimanov rayonundakı marketlərdə yoxlamalar aparıldı -
Nərimanov rayonundakı marketlərdə yoxlamalar aparıldı -
Nərimanov rayonundakı marketlərdə yoxlamalar aparıldı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...