Şəhər meri rüşvət alarkən tutuldu
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Sumı şəhərinin meri Aleksandr Lısenkonu saxlayıblar. O, rüşvət alarkən tutulub.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosuna istinadən məlumat yayıb.
Büro aydınlaşdırır ki, Sumı merindən başqa, Sumı Şəhər Şurasının Mənzil-Kommunal Təsərrüfat Departamentinin direktoru da saxlanılıb.
"Sumi meri və Şəhər Şurasının Mənzil-Kommunal Təsərrüfat Departamentinin direktoru son tranşı - 1,4 milyon qrivna alarkən ifşa edilib”, - Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosunun bəyanatında deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər ki, pullar vəzifəli şəxslərə tarif təyin edilməsi barədə qərar qəbul edilməsi və müəssisənin fəaliyyətində süni maneələrin olmamasına görə verilib.
Ukrayna Təhlükəsizlik Xidməti əlavə edir ki, mer və Mənzil-Kommunal Təsərrüfat Departamentinin direktoru zibil yığımı ilə məşğul olan yerli şirkətdən "xərac yığıblar”. İmtina ediləcəyi təqdirdə biznesə maneələrlə hədələyiblər.
Rüşvətin ümumi məbləği 2 milyon 130 min qrivnadır (98.500 manat – red.).
359 dəfə oxundu