İranlı nazir Azərbaycana gəlir - SƏBƏB

İranlı nazir Azərbaycana gəlir -
İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş oktyabrın 6-da Azərbaycana səfər edəcək.

Musavat.com xəbər verir ki, iki günlük səfər çərçivəsində İranla Azərbaycan arasında arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək.

Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması müzakirə olunacaq.

Bəzrpaşın Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, habelə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ilə də görüşü nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
344 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...