Azərbaycan niyə Hollandiya ola bilmir? - VİDEO
Azərbaycanda kənd təsərrüfatının inkişafının zəif olmasının səbəbləri barədə “ATV”də süjet yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, ərazisi Azərbaycanın yarısı qədər olan Hollandiyanın kənd təsərrüfatı məhsullarının illik gəliri az qala 100 milyard dollara çatır. Dünyada baş verən proseslər, neftin qiymətinin ucuzlaşması, daxildə isə manatın devalvasiyası fonunda bizi böhranın təzyiqindən qoruyacaq sahələrdən birincisi kənd təsərrüfatı olmalı idi. Ölkəyə xaricdən gətirilən qida məhsullarının kəskin bahalaşması fonunda bu sahədə olan boşluqlar mənzərəsi özünü daha aydın şəkildə büruzə verdi. Azərbaycan ənənəvi olaraq aqrar ölkə statusuna malik olub.
Azərbaycan Dövlət AqrarUniversitetinin kafedra müdiri Ziyad Abbasov bildirib ki, ölkədə kənd təsərrüfatından səmərəli istifadə edilmir: “ Hər il 900 min hektar taxılaltına torpaq veririk. Bu o deməkdir ki, Azərbaycanın onsuz da az olan torpağından səmərəli istifadə edə bilmirik. Keçən il bu sahədən 30 sentiner məhsul götürülüb. Halbuki bu rəqəm 60 sentiner olmalı idi. Torpaqlarda müasir suvarma sitemləri yoxdur, texnologiyaılar tətbiq olunmur”.
Azərbaycanın kənd təsərrüfatı üzrə ixtisaslaşmış bəzi rayonlarının icra strukturları aqrar sahədən başqa istənilən təyinatlı işlərlə məşğul olurlar.
Qeyd olunur ki, Hollandiya ABŞ-dan sonra dünyanın ikinci böyül kənd təsərrüfatı malları ixaracatçısıdır. Biomüxtəlifliyin ən az olduğu, qıt mənbələrə və çətin şərtlərə baxmayaraq Hollandiya kənd təsərrüfatında böyük iqtisadi həcmə çatıb.
Holandiyanın kənd təsərrüfatı müəssisələrinin sayı 65 mini ötüb. Ən böyük beş aqrar ixaracat məhsulunun dəyəri 34,8 milyard avroya çatıb. Aqrar iqtisadiyyat üzrə mütəxəssis Həzi Eynalov deyib ki, baş verən proseslər bir daha onu göstərdi ki, aqrar sektorun inkişafına xüsusi diqqət yetirilməlidir:
“Rəqabət qabiliyyətli məhsullar ilk növbədə diqqətə alınmalı, bunların inkişafı istiqamətində müəyyən mexanizmlər formalaşmalıdır”.
423 dəfə oxundu