Dollarla krediti olanlara güzəşt limiti 10 000 deyil, 5000 olur

Dollarla krediti olanlara güzəşt


Dollarla krediti olanlara güzəşt limiti kreditin məbləği 10 000 deyil, 5000 dollaradək onlara şamil edilə bilər. Ancaq hələ ki, bununla bağlı yekun qərar hələ verilməyib.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, 5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər.

Dollarda kredit götürən borclananlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirən Elman Rüstəmov bildirib ki, hazırda bu məsələ Mərkəzi Bankın iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur. Onun sözlərinə görə, 5 000 dollaradək olan kreditlərin köhnə məzənnə ilə ödənilməsinə görə müəyyən güzəştlər ola bilər: "İlkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
404 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...