"40 milyard dollar valyuta ehtiyatımız var"

"40 milyard dollar valyuta ehtiyatımız var"


“Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılacaq".

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri ölkədə ajiotaj yaradıldığını bildirib: “Bildiyimiz kimi, ailə sıxıntı hiss edəndə xərcləri optimallaşdırır. Ölkədə 9 milyard manata yaxın əmanətlər, 6 milyon nəfərə yaxın əmanətçi var. Bu, ökədə sosial siyəsətin uğurla həyata keçirilməsinin göstəricisidir. Neftin qiymətinin düşməsi ilə bağlı valyuta ehtiyatlarımızın bir hissəsini itirdik. Müəyyən valyuta ehtiyatlarını saxlamalıyıq. Hazırda 40 milyard dollar həcmində kifayət qədər valyuta ehtiyatımız var. Bu gün valyuta ehtiyatlarının həcmi dollarla ÜDM-in həcminə bərabərdir. Bu da ən yüksək göstəricilərdəndir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...