“Əhali böyük ölçülü kartof almaqdan çəkinsin” - EKSPERT

“Əhali böyük ölçülü kartof almaqdan çəkinsin” -


Bazarlarda texniki kartofların satılması ilə bağlı ciddi fikirlər səsləndirilir. Mütəxəssislər bildirir ki, ölkəyə emal məqsədilə idxal olunan texniki və yemlik sort kartof istehlak bazarına çıxarılır və əhaliyə ərzaq kartofu kimi təqdim olunur. Əslində texniki sort kartof spirt, kraxmal, plastmas istehsalında, yemlik sort kartof isə heyvandarlıqda şirəli yem kimi istifadə üçün nəzərdə tutulur.

Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkədə istehlakçı hüquqlarının qorunması bərbad vəziyyətdədir: “Oktyabr ayından başlayaraq istehlakçıların şikayətləri sürətlə artmağa başlayıb. Ölkə başıçsnın 2 il müddətində sahibkarlara yaratdığı yoxlanışsız fəaliyyət, sahibkarların sui istifadəsinə yol açıb. Biznes qurumlarından da edilən şikayətlərə heç bir dövlət qurumu və biznes qurumları yaxın durumur.

Biznes qurumları deyir ki, ölkə başçısının fərmanına görə, onlara heç kəs mane ola bilməz. Bu cür şəraitdə təbii ki, heyvanlar üçün nəzərdə tutulan kartofların əhaliyə satılması istisna edilə bilməz. Bu cür kartofların becərilməsində mümkün qədər daha artıq kimiyəvi maddələrdən istifadə edilir. Bu yüksək məhsuldarlıq əldə edilməsi üçün edilir.

Bu baxımdan istehlakçılar həddindən artıq böyük kartof alanda ehtiyatlı olsunlar. Mümkün qədər əhali böyük ölçülü kartof almaqdan çəkinsin. Amma bu faktla bağlı hələ ki, heç bir rəsmi şikayət daxil olmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
361 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...