Rusiya 40 min əsgər topladı: Böyük hücum başlayır
Rusiya pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın mərkəzindəki Kremençuk neft emalı zavoduna zərbələr endirib.
Hurriyyet.az xəbər verir ki, zərbələrdən sonra üç kəndin elektrik təchizatında problemlər yaşanıb.
Moskvanın dəfələrlə hədəf aldığı zavodda baş verən yanğın tez bir zamanda söndürülüb. Zərərin miqyası bəlli deyil.
Ukrayna Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə sistemlərinin hərbi və kritik infrastruktura zərbə endirmək məqsədi ilə hücum edən Rusiyanın 20 PUA-sından 18-nin vurulduğunu bildirib.
"Hücumun diqqət mərkəzində Poltava bölgəsi olub, bölgə bir neçə dalğada hücuma məruz qalıb", - Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, qoşunlar şimal-şərqdəki Kupyansk yaxınlığında səkkiz, Baxmut şəhəri yaxınlığında beş və Rusiyanın hücumlarının mərkəzi olan Avdiyevka yaxınlığında beş hücumu dəf edib.
Hərbi analitik Aleksandr Kovalenko məqaləsində bildirib ki, hazırda Ukrayna müqavimətinin simvolu kimi qəbul edilən Avdiyevka yaxınlığında 40 min rus əsgəri toplanıb. “İtkilərinə baxmayaraq, Rusiya komandanlığı hələ də Avdiyevkanı tutmaq niyyətindədir ki, bu da taktiki deyil, siyasi məqsəddir”.
Rusiya Müdafiə Nazirliyi Baxmutun cənubundakı kəndlərdə Ukrayna əsgər və texnikasını vurduğunu bildirib. Nazirliyin məlumatına görə, Ukrayna qoşunları altı PUA-dan istifadə edərək Rusiya ərazisindəki hədəflərə hücuma cəhd edib. PUA-ların hamısının vurulduğu iddia edilir.
278 dəfə oxundu