“Qəzza şəhəri tamamilə mühasirəyə alınıb”

“Qəzza şəhəri tamamilə mühasirəyə alınıb”
“IDF əsgərləri Qəzza şəhərinin mühasirəsini başa çatdırıblar. Qəzza şəhərini tamamilə mühasirəyə alıblar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə brifinqdə İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib.
“Bizim zirehli qüvvələrimiz hava qüvvələri ilə birlikdə komanda məntəqələrinə, atış məntəqələrinə və HƏMAS liderlərinə və terrorçularına xidmət edən terror infrastrukturuna hücum edir”, - Həcəri bildirib.
Ordu sözçüsü vurğulayıb ki, İsrail hərbçiləri düşmənlə üz-üzə döyüşür:
“Döyüşlər çətin olsa belə, İDF qalib gəlir. Gələcək həftələr hamımızdan möhkəm və səbirli olmağı tələb edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...