Tramp Zelenskinin səfər dəvətini rədd etdi

Tramp Zelenskinin səfər dəvətini rədd etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəyə səfər dəvətini rədd edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Newsmax” televiziya kanalına açıqlamasında danışıb.
“Mən prezident Zelenskiyə hörmət edirəm, amma inanıram ki, hazırda Ukraynaya səfər etmək yersizdir. Bayden administrasiyası hazırda bu işlə məşğuldur və mən maraqlar toqquşması yaratmaq istəmirəm”, - deyə Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl Zelenski NBC televiziyasına müsahibəsində Trampı Ukraynaya dəvət etdiyini bildirib. O qeyd edib ki, cəmi 24 dəqiqə ərzində Trampa 24 saat ərzində sülhə nail olmağın mümkünsüzlüyünü izah edəcək.
Qeyd edək ki, Tramp dəfələrlə 2024-cü ildə ABŞ prezidentliyinə seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə biləcəyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...