1 milyon udan azərbaycanlı: Amerikada restoran açacağam - AUDİO

“İşdən evə qayıdanda 5 dollara lotereya alıb şansımı sınamaq istədim”. Bu gün 107.7 FM - Avto FM radiosunda səhər saatlarında canlı yayımlanan “Şirinçay” verilişində ABŞ-da 1 milyon dollar qazanan azərbaycanlı Pərviz Quluzadə ilə telefonla canlı bağlantı yaradılıb. Oxu.Az xəbər verir ki, şanslı azərbaycanlı radio-aparcılar və dinləyicilərlə öz təəsürratlarını bölüşüb:
“Mən mütəmadi olaraq lotereya oynayan insan deyiləm. İşdən evə qayıdanda 5 dollara lotereya alıb şansımı sınamaq istədim. Lotereyanı siləndə orada cekpot udduğum yazılmışdı. Əvvəlcə inanmadım. Elə bildim tanış oğlandır deyə, mənimlə zarafat edir. Daha sonra komputerdə həqiqqətən də udduğumu təsdiqlədi.
Mənim udduğum tarix 30 dekabr idi. 1 milyon dollar fevralın 4-ü bankda hesabıma köçürələcək. Vergi tutulduqdan sonra mənə 500 min qalacaq”. O, bu xəbərin yayılmasını istəmədiyini də bildirib: “Mən bu xəbərin yayılmağını istəmirdim. Bu baraədə heç Facebook səhifəmdə də məlumat verməmişdim. Bunu təkcə Kamil Dəmirli adlı dostum bilirdi. O, bu məlumatı Azərbaycanda yaydı”. Pərviz həmin pulla Amerikada şəxsi biznes quracağını deyib: “Ev alacağam. Burada ev bahadır. Eyni zamanda Amerikada şəxsi biznes qurmaq, Azərbaycan yeməklərini təbliğ edən restoran açmaq istəyirəm”.
AUDİO BURADA
577 dəfə oxundu