Deputatın şirkəti məhkəmə qarşısında

Deputatın şirkəti məhkəmə qarşısında
Azərbaycanda mebel sənayesində aparıcı şirkətlərdən olan "Embawood” cərimələnə bilər.

Qaynarinfo xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.

İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Murad Məmmədovun icraatına verilib.

485.2-ci maddəyə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.

"Embawood” şirkəti deputat Məşhur Məmmədovun biznes strukturu kimi tanınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...