Ermənistanda 9 nəfər rüşvətə görə saxlanıldı

  Ermənistanda 9 nəfər rüşvətə görə saxlanıldı
Ermənistanın Artaşat ərazi vahid sosial xidmət mərkəzinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 9 nəfər rüşvət almaq və verməkdə şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Müəyyən edilib ki, vahid sosial xidmətin Artaşat ərazi mərkəzinin sosial iş və məşğulluq proqramları şöbəsinin müdiri T.K. və həmin idarənin şöbələrindən birinin müdiri X.S., böyük sosial işçi L.M. vətəndaşlara xidmət göstərdiklərinə görə rüşvət alıblar.
İbtidai istintaq davam edir, hadisənin bütün halları aydınlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...