İşıq limiti artırılacaq? - RƏSMİ AÇIQLAMA

İşıq limiti artırılacaq? -
Son günlərdə yanvar ayından elektrik enerjisi verilişi ilə bağlı tətbiq olunan 200 KV/saatlıq limitin həddi artırılaraq 300 kv/saata çatdırılacağı ilə bağlı məlumatlar yayılıb.

Belə ki, 300 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts-dan 7 qəpik/kVts-a endiriləcəyi, eyni zamanda, 300 kVts - 400 kVts arası 9 qəpik/kVts, 400 kVts-dan yuxarı isə 13 qəpik/kVts qiymət tətbiq olunacağı iddia olunur.

Digər məlumata görə, hazırda bununla bağlı layihə hazırlanır. İddialara görə, sözügedən layihə 2023-cü ilin sonuna qədər Milli Məclisə və AR-nın Tarif (qiymət) Şurasına təqdim olunacaq.

İşıq limiti artırılacaq?

Mövzu ilə bağlı “Azərişıq” ASC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, limitin və qiymətlərin artırılması ilə bağlı heç bir layihə hazırlanmır:

“Bu məsələ bizim səlahiyyətimizə daxil deyil. Qiymətlər Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir”.

İqtisadiyyat Nazirliyindən isə sorğumuza cavab olaraq, Tarif Şurasına belə bir müraciətin daxil olmadığı bildirilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
188 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...