Rusiya bazarlarında yanğın təsadüf deyil - Markov

Rusiya bazarlarında yanğın təsadüf deyil -
“Rusiyanın ən böyük bazarlarında, dekabrın 1-də Moskvadakı “Sadovod” və noyabrın 30-da Rostov-Dondakı ən böyük “Belı Temer”də, demək olar ki, eyni vaxtda baş verən böyük yanğınlar bizi bu hadisələrin terror hücumları olduğunu düşünməyə vadar edir”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib:

“Bəs Rusiyada ən irimiqyaslı terror aktlarını kim həyata keçirir? Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi. Böyük bazarlarda demək olar ki, eyni vaxtda yanğınların baş verməsi təsadüf ola bilərmi? Ola bilər. Amma bəlkə də bu, təsadüf deyil. Biz hərtərəfli araşdırma gözləyirik. Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əsas şübhəlilər olmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...