Azərbaycanlı general “donuz qripi”ndən öldü

Azərbaycanlı general “donuz qripi”ndən öldü


Həkimlər onun həyatını xilas edə bilməyib və ötən gün vəfat edib. Ukraynada yaşayan azərbaycanlı general-mayor Namiq Soltanov “donuz qripi”ndən vəfat edib. GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə məlumatı qaynar.info yayıb. Sayt yazır ki, Namiq Soltanovun oğlu idmançıdır və Gürcüstanda keçirilən yarışa qatılıb. O, bu ölkədə “donuz qripi”nə yoluxub. Bundan xəbər tutan Namiq Soltanov Gürcüstana yollanaraq oğlunu Ukraynaya aparıb və müalicə etdirib.

Oğlu sağalsa da, bu dəfə general-mayor özü “donuz qripi”nə yoluxub. Təəssüf ki, həkimlər onun həyatını xilas edə bilməyib və ötən gün vəfat edib. Namiq Soltanov Salyan rayonunda dünyaya gəlib. Onun xəstəliyə yoluxduğunu eşidən Azərbaycandakı qohumları Ukraynaya yollanıb. Lakin yaxınlarına xəstə ilə görüş icazəsi verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...