Putin “İlin adamı” seçilə bilər

Putin “İlin adamı” seçilə bilər
Rusiya Prezidenti Vladimir Putin Amerikanın “Time” jurnalının versiyasına görə “İlin adamı” adına namizəd olub.
Yeniavaz.com xəbər verir ki, jurnal doqquz namizədin olduğu siyahısını dərc edib.
Digər namizədlər arasında Böyük Britaniya kralı III Çarlz, Barbi kuklası, amerikalı müğənni Teylor Svift, Çin prezidenti Si Tszinpin, CHatGPT tərtibatçısı Sem Altman, Hollivud ssenaristləri və aktyorları var.
Qalib çərşənbə günü elan olunacaq.
Xatırladaq ki, 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenski və “Ukraynanın ruhu” seçilib.
Qeyd edək ki, daha öncə (2007-ci ildə) Putin “İlin adamı” seçilmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
244 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...