Azərbaycan ordusu dünyanın ən güclüləri sırasında - dünya üzrə 38-ciyik

Azərbaycan ordusu dünyanın ən güclüləri sırasında -

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birdir. Virtualaz.org “U.S. News and World Report” nəşrinin hazırladığı hesabata istinadən bildirir ki, umumilikdə, reytinqdə 60 ölkə yer alıb. Azərbaycan ümumi sıralamada 38-cidir.

Ermənistan ordusu siyahıda ümumiyyətlə yer almayıb. Yeri gəlmişkən, Silahlı Qüvvələrin reytinqi Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi Davos Beynəlxalq İqtisadiyyat Forumunda təqdim olunub. Reytinqdə ilk üç pilləni müvafiq olaraq ABŞ, Rusiya və Çin tutur. Onları isə Almaniya və Böyük Britaniya izləyir.

Azərbaycan öz növbəsində siyahıda 38-ci pilləni tutmaqla, Macarıstan, Rumıniya, Çexiya, Malayziya, Argentina və digər ölkələri qabaqlayıb.

Ümumilikdə, MDB ölkələrindən reytinqdə Rusiya (2), Ukrayna (29) və Qazaxıstan (31) yer alıb. Qonşu ölkələrindən İran 12-ci, Türkiyə isə 17-ci yerdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1877 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...