Yadigar Sadıqlı Müsavatdan istefa verdi

Yadigar Sadıqlı Müsavatdan istefa verdi

Yadigar Sadıqlı Müsavat Partiyasından istefa verib.

Qaynarinfo xəbər verir ki, siyasətçi bu barədə özü məlumat yayıb.

"Mən üzv olanda bir gün Müsavatdan gedəcəyimə heç vaxt inanmazdım. İndi getməkdən başqa yol olmadığını görürəm. Nə partiya rəhbərliyinin tutduğu mövqe, nə şəxsi münasibətlərin səviyyəsi mənim partiyada birgə mübarizə aparmağıma imkan verir. Son qurultaydan keçən 4 il ərzində partiyada fəaliyyətim yox idi. Ondan əvvəlki 19 il ərzində isə bütün varlığımla, bütün qabiliyyətimlə Müsavatın faydasına çalışmışam. Qarşıma çıxan bütün yolayrıcılarında Müsavatı seçmişəm, tələb olunan bütün məhdudiyyətləri tərəddüdsüz qəbul etmişəm, bütün qurbanları tərəddüdsüz vermişəm. Bunların heç birinə peşman deyiləm. Əksinə, qürur və məmnunluq duyuram və duyacam. Mən Müsavatdan istefa verirəm, amma müsavatçı kimi qalmaq üçün istefa verirəm", deyə Yadigar Sadıqlı bildirib.

O, siyasi fəaliyyətini III Respublika Platformasında davam etdirəcəyini bildirib.

Qeyd edək ki, 2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı 2004-2011-ci illərdə partiyanın Lənkəran şəhər təşkilatının sədri olub. 2011-2014-cü illərdə başqan müşaviri, 2014-2018-ci illərdə isə başqan müavini vəzifələrini tutub. 2014-2019-cu illərdə həmçinin Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib.

O, 7 dekabr 2023-cü il tarixində bir qrup siyasətçi və siyasi fəal ilə birlikdə III Respublika Platforması Hərəkatının təsis olunduğunu elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...