ADP prezident seçkilərini boykot etdi - QƏRAR

ADP prezident seçkilərini boykot etdi -
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Hurriyyet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair danışıqların aparılması məsələsinə münasibət bildirib. Sülh sazişinin bağlanmasının Cənubi Qafqazda sülhün və təhlükəsizliyini təmin edilməsinə böyük töhfə olacağına inamını ifadə edən partiya rəsmiləri bu prosesdə qardaş Türkiyənin hər iki ölkə ilə apardığı diplomatik səylərini, yalnız sazişin bağlandığı halda Ermənistanın Türkiyə və digər dövlətlərlə iqtisadi, ticari, kommunikasiya əlaqələrinin gerçəkləşə bilməsinə onu inandırma cəhdlərini yüksək dəyrləndirib və Paşinyan hakimiyyətini başqa dövlətlərin müdaxiləsi olmadan ikitərəfli sülh danışıqlarının aparılmasına səsləyib.

İdarə Heyəti Ukrayna ilə Rusiya arasında davam edən qanlı müharibənin gətirdiyi ağır insani itkilərdən, yaranmış humanitar fəlakətdən bir daha ciddi narahat olduğunu bildirib və Qərb dövlətlərini, o cümlədən ABŞ-ı Ukraynaya hərbi, siyasi yardımlarını kəsməməyə, öz suverenliyi uğrunda dirəniş göstərən Ukraynanı yalqız buraxmamağa, müharibə baiskarı Putin Rusiyasına qarşı ən ciddi sanksiyalar təbiq etməyə çağırıb.

İdarə Heyəti Rusiya prezidenti V.Putinin ölkə əhalisinə illik müraciətində Qarabağın əldən verilməsində onun maraqlı olmaması və bu işdə Paşinyan hakimiyyətini günahkar olması ilə bağlı səsləndirdiyi bəyanata münasibət bildirib və bu cür yanaşmaların Rusiya Federasiyası ilə Azərbaycan arasında bir-birinin ərazi bütövlüyünü tanıma ilə bağlı beynəlxalq hüquqa və iki dövlət arasında əldə edilmiş hüquqi normaların müddəalarına zidd olduğunu diqqətə çatdırıb və Rusiya rəsmilərini Azərbaycanın tanınmış sərhədlərinə, ərazi bütövlüyünə və suverenliyinə kölgə salan çıxışlardan geri durmağa çağırıb.

İdarə Heyəti ABŞ-ın Ermənistandakı səfirinin Qarabağda yaşayan ermənilərin “məcburi köçkün” adlandırmasına münasibət bildirib və bu bəyanatın Ermənistan rəhbərliyinin məsələ ilə bağı verdiyi bəyanatlarla, prosesi yaxından izləyən BMT-nin missiya araşdırıcılarının gəldiyi rəylə uyuşmadığını və iki ölkə arasında qarşılqlı əlaqələrin ruhuna zidd olduğunu diqqətə çatdırıb.

İdarə Heyəti Rusiya Federasiyasının prezidenti V.Putinin öz əhalisinə müraciət olaraq etdiyi bir neçə saat davam edən çıxışının Azərbaycan dövlət televiziyasında translyasiya edilməsini Konstitusiyamıza, dil haqqında qanunumuza zidd olduğunu bildirib və hakimiyyəti ölkə qanunları ilə ziddiyyət təşkilət edən, başqa bir dövlət başçısının təbliğinə yönələn bu cür hərəkətlərdən çəkinməyə çağırıb.

İdarə Heyəti daxili siyasətdə yaşanan naqisliklər ətrafında fikir mübadiləsi aparıb. Qeyd edilib ki, xarici siyasətdə, xüsusilə Qarabağ kimi milli məsələdə üstünlüklər əldə edilməsinə baxmayaraq ölkədə kadrların təyini, sosial-iqtisadi məsələlər, işsiszlik, qiymət artımı, əhalinin minimum yaşayışının aşağı göstəricisi, korrupsiya, rüşvətxorluq, monopoliya kimi dövləti zəif salan problemlər hələ də öz həllini tapmayıb və hakimiyyətin bu yöndə apardığı işlər məqbul hesab edilə bilməz.

İdarə Heyəti son vaxtla müxtəlif adlar altında bir neçə jurnalistin, siyasi yönümlü insanların haqqında həbs qətimkan tədbiri görülməsi, onların azadlıqdan məhrum edilməsi məsələsindən ciddi narahat olduğunu bildirib və seçkiqabağı bu həbslərin baş verməsini milli birliyə, vətəndaş həmrəyliyinə zərbə kimi dəyərləndirməklə hakimiyyəti insan hüquq və azadlıqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə, ölkədə siyasi məhbus probleminin həlli istiqamətdə əməli addımlar atmağa çağırıb.

İdarə Heyətində 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkilərində partiyanın öz namizədi ilə iştirakı məsələsi ətrafında da müzakirələri davam etdirilib. Müzakirələrdə Azərbaycan ətrafında gedən geopolitik oyunları, ölkədaxili vəziyyət, xalqın apolitik durumu, mövcud resursları və qeydiyyat ilə bağlı hüquqi prosedurların başa çatmamasını nəzərə alaraq partiyanın 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkilərində namizəd irəli sürməyəcəyi ilə bağlı qərar qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
234 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...