Xankəndi və Xocalıya köç başlayır – 228 min yolpulu ayrıldı

Xankəndi və Xocalıya köç başlayır –
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqsinin qalibi “Evakuator.Az” MMC (VÖEN – 1503392351) olub.
“Evakuator.Az” MMC “Qaçqınkom”un sifarişi ilə Şuşa şəhəri Malıbəyli kəndinə 50, Xankəndi şəhəri Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50 və Kəlbəcər rayonuna 150 məcburi köçkün ailəsini köçürəcək.
“Qaçqınkom” ümumilikdə 300 köçkün ailəsinin köçürülməsi üçün “Evakuator.Az” MMC -yə 227 min 800 manat ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin köçürülməsi xərci 760 manat təşkil edəcək. Köçürmənin bu ilin sonuna kimi həyata keçiriləcəyi bildirilir.
Köçürüləcək ailələrin 39-u Gəncə, digərləri isə Bakı, Sumqayıt, Abşeron ərazilərində məskunlaşıblar.
Qeyd edək ki, köçürmə işini həyata keçirəcək “Evakuator.Az” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Niamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2013-cü ildə təsis olunan “Yük Taksisi.Az” MMC-nin də direktorudur.
Məlumat üçün qeyd edək ki, “Qaçqınkom”un daha əvvəl keçirdiyi analoji tenderin qalibi “166 Global Logistics” MMC olub. Lakin həmin tender müsabiqəsi köçürülmədən sonra həyata keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...