Eldar Əzizov etiraz edir - yoxlama mənim başçı olduğum dövrə aid deyil

Eldar Əzizov etiraz edir -


Səbail RİH-i Eldar Əzizov və Hesablama Palatasının yoxlaması haqda... “Bir sıra elektron informasiya vasitələrində "Trend" informasiya agentliyinə istinadən Hesablama Palatasının apardığı yoxlamaların nəticələri açıqlanaraq qeyri-dəqiqliyə yol verilib”.

Bu barədə Səbail RİH-dən verilən açıqlamada deyilir. Həmin açıqlamanı təqdim edirik: “RİH-dən bildiriblər ki, aparılan yoxlamalar son 5 il ərzində Səbail rayon Mənzil kommunal təsərrüfatı birliyinin fəaliyyəti ilə bağlı olub və həmin illərdə Eldar Əzizov Səbail rayonunun deyil, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub, Səbail rayonuna isə 2015-ci ilin sentyabr ayından başçı təyin olunub”.

RİH qeyd edib ki, qeyri-dəqiq, yoxlanmamış məlumatların yayılması isə yalnız gülüş doğurur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...