Ukrayndan Çinə gedən ilk tranzit qatarı Azərbaycanda...

Ukrayndan Çinə gedən ilk tranzit qatarı Azərbaycanda...


“Ukraynadan Çinə gedən ilk tranzit qatarını bu gün səhər Böyük Kəsik satnasiyasında qəbul etmişik”. Bunu Modern.az saytına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, qatar 06:10-da Azərbaycan ərazisindən yola çıxıb: “Hazırda qatar Azərbaycan ərazisindədir, Gəncəni keçib”. Qurum rəsmisi bildirib ki, daşınan yükün nədən ibarət olduğu barədə məlumatsızdır. Odessadan yola düşən ilk tranzit yükdaşınması Gürcüstan və Azərbaycan üzərindən, eləcə də Qazaxıstandan keçməklə Çinə çatdırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
249 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...