Mirşahin Ağayev xəstəxanaya aparıldı

Mirşahin Ağayev xəstəxanaya aparıldı


Bu gün ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayev xəstəxanaya aparılıb.

“GUNDEMİNFO” femida.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, Mirşahin Ağayev işdə özünü pis hiss edib və o ürək tutması şikayəti ilə təcili olaraq xəstəxanaya aparılıb. Xatırladaq ki, son zamanlar ANS və Milli Televiziya və Radio Şurası arasında ciddi qarşıdurma yaranıb. ANS-in vitse-prezidenti bununla bağlı dünən mətbuat konfransı keçirib.

***

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Mirşahin Ağayevin xəstəxanaya aparılması ilə bağlı yayılan məlumatları AzNews.az-a təsdiqləyib. O, vitse-prezidentin səhhətinin hazırda yaxşı olduğunu deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...