Mikayılın da verilişi bağlandı - MTRŞ-dan qərar

Mikayılın da verilişi bağlandı -


“”Space” telekanalında yayımlanan “Sevimli şou”nun yayımı dayandırılıb. Bu, milli-mənəvi dəyərlərə verdiyimiz qiymətin nəticəsidir”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə Azərbaycan efir məkanında qanun pozuntuları minimuma endirilib: “Buna apardığımız işlər, inzibati tənbeh tədbirləri ilə nail olunub. Yerdə qalan problemlər tədricən aradan qaldırılacaq”.

Şura sədri qeyd edib ki, telekanallar öz üzərilərində çalışmalıdırlar: “Telekanallarda yayımlanan bəzi verilişlərə baxanda utanıram. Biz media azadlığına qarşı çıxa bilmərik. Eyni zamanda, telekanallarda kadr problemi bir nömrəli problemdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
308 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...