Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi azalıb – Son rəqəmlər

Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi azalıb –
Bu ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 15,5%, ümumi ixracdakı payı isə 39,5% olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə həm idxal, həm də ixracda Avropa İttifaqı ölkələrinin payı azalıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 27,1%, ümumi ixracındakı payı isə 55,16% olub.
Onu da bildirək ki, yanvar ayında ümumi idxalın 28,1%-i, ümumi ixracın isə 5,5% MDB ölkələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələriylə ticarətdə ciddi dəyişiklik olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...