“Bizim vəzifəmiz regionda tarazlıq yaratmaqdır”

“Bizim vəzifəmiz regionda tarazlıq yaratmaqdır”
“Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurublar ki, bu da Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib.
“Bu məsələ ilə bağlı tənqidlər var, lakin biz qeyd etmək istəyirik ki, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır və ölkəmizin müdafiə qabiliyyətinin inkişafı təşviş doğura bilməz. Bizim yeganə vəzifəmiz regionda düzgün balans yaratmaqdır”, - Paşinyan qeyd edib.
O əlavə edib ki, Ermənistanın məqsədi ölkənin qanuni və beynəlxalq səviyyədə tanınmış sərhədlərini, ərazisini, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq, eləcə də dayanıqlılığı artırmaqdır.
Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. O, Parisin Ermənistana müdafiə silahlarının verilməsinə razılıq verdiyini xatırladıb:
“Paris hər hansı bir eskalasiya istəməyərək tam məsuliyyətlə davam edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...