MİT-dən uğurlu ƏMƏLİYYAT - Murat Ateş MƏHV EDİLDİ

MİT-dən uğurlu ƏMƏLİYYAT -
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində həyata keçirdiyi nöqtə əməliyyatı zamanı PKK/YPG-nin liderlərindən sayılan Murat Ateşi zərərsizləşdirib.

KONKRET.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, uzun müddətdir MİT tərəfindən nəzarətdə olan terrorçu “Renas Amed” kod adlı Murat Ateşin zərərsizləşdirilməsi üçün həssas işlər aparılıb.

Qeyd edək ki, PKK-ya 2014-cü ildə Avropadan qatılan Ateş 2014-2016-cı illər arasında İraq və Suriyanın Qəndil, Avaşin və Qara bölgələrində silahlı fəaliyyətlər həyata keçirib.

Onun təşkilatın qeyri-qanuni pul dövriyyəsini idarə edən terrorçular arasında olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...