Ukrayna “Sergey Kotov” hərbi gəmisini vurub

Ukrayna “Sergey Kotov” hərbi gəmisini vurub
Çərşənbə axşamı, martın 5-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Qara dənizdə “Sergey Kotov” patrul gəmisinə “Magura V5” hərbi pilotsuz uçuş aparatları ilə hücum edib.

Yeniavaz.com Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyatda Ukrayna Baş Kəşfiyyat İdarəsinin “Qrup 13” xüsusi təyinatlı bölməsi və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri iştirak edib.
Hücum nəticəsində gəminin arxa, sağ və sol tərəflərinə ciddi ziyan dəyib. Gəminin Kerç boğazı yaxınlığındakı Ukrayna ərazi sularında vurulduğu bildirilir. Rəsmi məlumatlara görə, sayı 80 nəfər olan gəmi heyətinin taleyi naməlum olaraq qalır.

Rusiyanın “Two Majors” hərbi teleqram kanalı iddia edir ki, ekipaj sağdır, evakuasiya edilib, lakin yaralılar var. Rusiya Müdafiə Nazirliyi isə gəmiyə zərbə endirilməsi ilə bağlı xəbərləri şərh etməyib.
Ukrayna “Sergey Kotov” hərbi gəmisini vurub

Qeyd edək ki, uzunluğu 94 metr, eni 14 metr olan 1800 tonluq “Sergey Kotov” Rusiya Qara Dəniz Donanmasının patrul gəmisi idi. 80-ə yaxın ekipaj üzvü olan gəmi 2022-ci ilin yayında donanmanın tərkibinə daxil olmuşdu. O, Rusiyanın 22160 seriyasından olan 4 yeni gəmisindən biri idi və 2021-ci ilin yanvarında suya buraxılmışdı. Gəmi modul tipli taktiki zərbə konteyner silahları, xüsusən də “Kalibr” raketləri və X-35U “Uran” gəmi əleyhinə raketləri ilə təchiz edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...